Böyük işlər kiçik bir söhbətlə başlayır.
Yeni brend qurmaq, mövcud imicinizi yeniləmək, yoxsa xüsusi bir ideyanı reallaşdırmaq istəyirsiniz? Məqsədlərinizi bizimlə bölüşün, biznesiniz üçün ən kreativ və effektiv həlli tapaq.
WhatsApp-da yazın
Xidmətlərin qiyməti necə müəyyən olunur?
Hər layihənin həcmi və ehtiyacları fərqli olduğu üçün bütün xidmətlərə vahid sabit qiymət tətbiq edilmir. Qiymət layihənin növü, iş həcmi, tələb olunan xidmətlər, istehsal və icra mərhələləri nəzərə alınaraq müəyyən edilir. Ehtiyaclar dəqiqləşdirildikdən sonra sizə uyğun kommersiya təklifi təqdim edirik.
Layihə üzərində iş prosesi necə başlayır?
İlk mərhələdə layihənin məqsədlərini, auditoriyasını, ehtiyaclarını və gözləntilərinizi öyrənirik. Daha sonra uyğun strategiya və iş planı hazırlayır, konsepsiya və dizayn mərhələsinə keçirik. Layihədən asılı olaraq istehsal, tətbiq, quraşdırma və digər icra proseslərini də koordinasiya edirik.
Layihənin hazırlanması nə qədər vaxt aparır?
Müddət layihənin həcminə və xidmət növünə görə dəyişir. Kiçik dizayn işləri daha qısa müddətdə tamamlana bildiyi halda, brendinq, sərgi stendi, çöl reklamı və tədbir layihələri daha geniş hazırlıq və icra prosesi tələb edə bilər. İşə başlamazdan əvvəl təxmini vaxt planı təqdim edilir.
Ares Agency hansı xidmətləri təqdim edir?
Ares Agency altı əsas istiqamətdə xidmət göstərir: Brendinq, SMM, Dizayn həlləri, Çöl reklamları, Sərgi stendləri və Tədbir təşkilatçılığı. Layihənin ehtiyacından asılı olaraq bu xidmətlər ayrıca və ya bir-birini tamamlayan kompleks həll kimi təqdim edilə bilər.
Yalnız bir xidmət və ya bir layihə üçün müraciət edə bilərəmmi?
Bəli. Biz həm uzunmüddətli əməkdaşlıq, həm də konkret bir layihə üçün işləyirik. Məsələn, yalnız loqo və brendinq, sərgi stendi, çöl reklamı, sosial media dizaynı və ya bir tədbirin təşkili üçün ayrıca müraciət edə bilərsiniz.